ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin Azərbaycana səfərinin tarixi məlum oldu

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfərə oktyabrın 24-də gələcək.

Amerikalı qonaq bir sıra rəsmi şəxslərlə görüşüb regional məsələləri müzakirə edəcək.

Xatırladaq ki, daha əvvəl C.Bolton "Twitter" səhifəsində 20 oktyabr tarixində bir çox təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-ın mənafelərini inkişaf etdirmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyini bildirmişdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31