Eldar Quliyev QDİƏT PM-nın toplantısına qatılacaq
17 Oktyabr 2018 16:22 SiyasətMilli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Hüquq və Siyasi məsələlər üzrə komitəsinin 52-ci iclasında iştirak etmək üçün Yunanıstana səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, Kavala şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, quruma üzv ölkələrdə iqtisadi imkanların genişləndirilməsi barədə müzakirələr aparılacaq, bununla əlaqədar nümayəndə heyətlərinin təklifləri dinləniləcək. Səfər oktyabrın 19-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31