Deputatımız MDB PA-nın tədbirinə qatılacaq

Oktyabrın 18-19-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Nəzarət-Büdcə komissiyasının iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, iclasda MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi, Təşkilata üzvlük haqlarının formalaşdırılması və istifadəsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaqdır. Səfər oktyabrın 20-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31