Deputatlarımız Çinə səfər ediblər
17 Oktyabr 2018 16:13 SiyasətMilli Məclisin komitə sədrləri Eldar İbrahimov, Əhliman Əmiraslanov, Siyavuş Novruzov, deputatlardan Ağalar Vəliyev və Hüseynbala Mirələmov Çin Xalq Respublikasına səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, səfərin məqsədi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdir. Deputatlarımız dost ölkədə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Səfər oktyabrın 25-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31