ABŞ, Türkiyə və Səudiyyə günahkar axtarışında

Səudiyyəli jurnalist Camal Qaşıqçının müəmmalı ölümü ətrafında müxtəlif fikirlər səslənməkdədir. Bəziləri məlum hadisə ilə Ər-Riyadla Ankara arasında problem yaradılmağa çalışıldığını iddia etdiyi halda, bir başqaları bu ölümdə Səudiyyə hakimiyyətinin əli olduğunu ehtimal edir

Səudiyyəli jurnalist Camal Qaşıqçının müəmmalı ölümü ətrafında müxtəlif fikirlər səslənməkdədir. Bəziləri məlum hadisə ilə Ər-Riyadla Ankara arasında problem yaradılmağa çalışıldığını iddia etdiyi halda, bir başqaları bu ölümdə Səudiyyə hakimiyyətinin əli olduğunu ehtimal edir. Hətta mərhum jurnalistin Tramp hakimiyyətinə qarşı olan tanınmış bir media nümayəndəsi olduğunu iddia edərək bu qətldə Birləşmiş Ştatların barmağının da olduğunu söyləyənlər də var.

Müstəqil jurnalist Yadigar Nağıyev də hesab edir ki, Camal.Qaşıqçı müxalif mövqelidir və Trampa qarşı mövqeydən olan bir jurnalistdir. Onun bu mövqeyə gəlməsi isə gənc şəhzadənin Səudiyyə Krallığına hakimiyyətə gəlməsi ilə başlayıb: "Bu dövr, daha çox kəskinləşmiş və yeni sistemə əsasən əvvəlkilərin silinməsi və ya digər dövlət maraqlarına çalışanların uzaqlaşdırılma dövrüdür.  Bu səbəblərdən dolayı Camal.Qaşıqçı ABŞ-a gedərək fəaliyyətə başlayır. Məhz burada da fəaliyyəti heç Tramp üçün ürək açan deyldi. O, daha çox Demokratlar tərəfdən çıxış edən bir jurnalist imici qazanır. Daha sonra Türkiyəyə gəlməsi isə ciddi mənada bu məsələnin yaranmasına səbəb olur ki, məhz buradan mürəkkəb proses start alır.
Bu məsələylə bağlı çox uzun uzadı teorilər var. Mən bunlar daha çox məntiqli olanlarını şərh etməyə çalışacam". Ekspert deyir ki, ilk olaraq,Səudiyyədən bir təyyarə Türkiyəyə yola düşür. 6 nəfərdən ibarət heyət hotel rezerv edib ordan Konsulluğa gəlirlər: "Camal.Qaşıqçı və nişanlısı idda edilən insan da hadisə yerinə gəlir. Nə olursa elə məhz burada olur ki,  bir neçə versiya yaranır.  İlk versiyaya görə, Camal.Qaşıqçı qol saatı ilə bütün işgəncəni online olaraq, İCload hesabına ötürüb. İkinci versiyaya görə, nişanlısı adlandırılan şəxs Səudiyyə qəzetlərinə görə Misirdə fəaliyyət göstərən Müsəlman Qardaşlarının bir üzvüdür və kişidir. Reportaj verdiyi zamansa dublajdan istifadə edilərək, Türk və Qətər mediyası tərəfindən dünyaya yayılıb. Əslində irəli sürülən bu iki fakt var. İlk faktın olması çox qeyri mümkündür. Çünki adı binaya daxil olmursuz. Bina güclü şəkildə qorunur. Üstəlik Səudiyyə kimi bir ölkənin saatı içəri buraxması çox gülünc doğuran bir hal olar ki, bu qeyri-mümkündür.
İkinci faktın olmasına isə 50 faizdən çox dəstək oluram. Çünki həqiqətən də şəkilə diqqətlə baxdıqda sanki kopya olduğunu görə bilirik. Ancaq bunun üçündə gərək həmin şəxsin ölkəyə daxil olması sorğulansın. Daha sonrakı mərhələdə, iddialara görə, jurnalistin  işgəncəyə məruz qalıb-parçalanaraq, binadan çıxarıldığı idda edilir ki. bu hal da məntiqə uyğun gəlir. Çünki, həmin anda qara rəngli bir maşının gəlməsi və iqamətgaha doğru gedib 2 saat sonra çıxması da məsələni aydınlandıra bilər. Ən pisi isə 13 gün sonra araşdırmaya icazənin verilməsi idi. Beləliklə bu hissədən sonra əsas ağırlıq siyasi liderlərə düşür ki. açıqlamalar ard-arda gəlir. Ankara qeyd edir ki, Türkiyədə bu halın olması çox bərbad bir haldır və araşdırmalara dəstək olacaqları bildirilir. Səudiyyə isə öz növbəsində Türkiyəyə təşəkkür edir. Tramp:"Əgər belə hal varsa Kral Səlman və Səudiyyə cəzalandırılacaq. Onlar bizim silahlarımız üçün böyük pullar verirlər. Ancaq biz olmasaq olmaz" açıqlamasın versə də, heç inandırıcı deyil. Çünki Səudiyə ilk olaraq İsrail üçün dəstək, İran üçünsə təhlükədir. Açığı ABŞ Səudiyyəni İrana qarşı yarana biləcək savaşa hazırlayır. Kral Səlman isə Trampa cavab olaraq, "Belə bir şeyə qarşılıq verərik" çıxışı ilə sanki məcburi günahkar olan insanlar kimi özünü müdafiə edir. BMT-də bunu qınayır və təsdiqlənərsə Səudiyyəyə sanksiya olacağını qeyd edir. Araşdırmadan öncə Baş konsul ölkəsinə qayıdır. Sanki, sorğudan özünü qorumaq istəyir. Bu hal da sadəcə günahkarlara aid bir vəziyyətdir". Ekspert hesab edir ki, Camal.Qaşıqçı İran üçün sadəcə çalışan bir agent olub. Bunu anlayıb bilən, ABŞ-Səudiyyə və bəlkə də İsrail (Mosad) onunla bir razılığa gəldiklərin elan edərək, jurnalisti binaya dəvət edib və məlum olayı həyata keçiriblər: "Bunun olması ona görə vacibdir ki, gələcək planlar gizlədilməli idi. Və ya Türkiyə-Səudiyyə əlaqələri zəyifləməli idi. Eyni zamanda ABŞ-ın dollar siyasəti Ərəb biznesmenlərinin ölkədən çıxarılması ilə davam edilməli idi". Yadigar Nağıyevin sözlərinə görə, ABŞ-ın Bransonu geri aldıqdan sonra Türkiyəyə bu yolla nüfüz etməsi də mümkün ssenarilərdəndir: "Əgər bu hal baş tutarsa həm Türkiyədə dollar yeniden yüksələr, həm də Türkiyə regionda güc itirər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31