ABŞ səfiri "Qarabağı qaytarın" dedi - Paşinyandan cavab

ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar.

Bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.

"Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib" - Paşinyan bildirib.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən İrəvanda jurnalistlərə verdiyi açıqlamada işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etməyin mümkün olmayacağını bildirib.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31