Vaşinqton-Ankara münasibətləri yeni mərhələyə qədəm qoyur? - ŞƏRH
16 Oktyabr 2018 14:49 SiyasətBirləşmiş Ştatlarla Türkiyə arasında buzlar ərimək üzrədir. İki ölkə arasında sərinliyin, qarşılıqlı ittihamlar və münasibətlərdə soyuqluğun Türkiyədəki məşhur 15 temmuz hərbi çevrilişinə cəhddən sonra başladığı daha çox iddia edilsə də, ancaq Suriya böhranı, eləcə də Ankaranın Yaxın Şərq regionunda söz sahibinə çevrilmə cəhdi, eyni zamanda Türkiyənin son illərə qədər Birləşmiş Ştatların düşməni sayılan İran İslam Respublikası və regional rəqib olan Rusiya ilə yaxınlaşması kimi amillər də Vaşinqtonla Ankara arasında münasibətlərin getdikcə gərginləşməsinə yol açırdı. Ən son isə keşiş Brasonun Türkiyədfə həbs edilməsi vaxtı ilə bir çox məsələlərdə müttəfiq sayılan iki dövləti bir-birinin rəqibinə çevirdi. Birləşmiş Ştatlar üçün keşiş Branson xüsusi əhəmiyyətə malik biri hesab edildiyindən Vaşinqton Ankaraya qarşı sərt sanksiyaları işə saldı, qardaş ölkəni iqtisadi baxımdan zəiflətmək yoilunu tutdu. Açıq şəkildə etiraf etmək lazımdır ki, keşiş Branson qalmqalı Türkiyə iqtisadiyyatına ciddi şəkildə ziyan vurdu. Və bu gün də qardaş ölkə iqtisadiyyatı keşiş Bransonun azad olunması üçün Birləşmiş Ştatların bu ölkəyə qarşı etdiyi təzyiqlərdən zərər görür. Hazırda isə görünən mənəzərə ondan ibarətdir ki, Türkiyə ilə Birləşmiş Ştatlar arasında münasibətlər normallaşmaq üzrədir. Ankaranın bir müddət həbsdə saxladığı keşiş Branzonu azadlığa buraxması okeanın o tayında qardaş ölkəyə qarşı olan münasibəti dəyişib. Hətta bu hadisədən sonra Ağ Evdən də nikbin dolu açıqlamalar verilib. Bəs görəsən Ankara ilə Vaşinqton arasındakı münasibətlər tezliklə normallaşacaqmı?
Cənubi Qafqazda Sülh və Təhlükısizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Birləşmiş Ştatlarla Türkiyə arasında keşiş Branson böhranının sona çatması ilə iki ölkə arsında heç də problemlərin arxada qaldığı mənasını vermir. Onun sözlıərinə görə, məhz yaşanan problemlərə görə Branson həbs edilmişdi: "İki ölkə kifayət qədər bir-biri ilə ciddi şəkildə soyuq münasibətlərə malikdir.
Qeyd edim ki, Vaşinqtonun məhz Bransona görə Anakaraya tətbiq etdiyi sanksiyaları tədricən aradan qaldıracağı gözlənilir. Amma, Bransonun azadlığı iki ənənəvi müttəfiq arasında soyuq münasibətlərə son qoymayacaq. Çünki, rəsmi Anakaranın Rusiya ilə hərbi-texniki və enerji əməkdaşlığı, Birləşmiş Ştatlarn yeni sankisyalar tətbiq etməsinə gətirb çıxara bilər. Bu da əlaqərin yüksək səviyyəyə qaldırılmasında problem olaraq qalacaq". Politoloqun sözlərinə görə. əgər, Biorləşmiş Ştatlar Hindistana Rusiyaya ilə bağlanan "S-400" raketlərinin alışı ilə bağlı müqaviləyə görə sanskiyalar tətəbiq edirsə,Türkiyəyə də analoji addımı atacağı şübhəsizdir: "Bir tərədfən Türkiyə ilə Rusiya arasında "S-400" raket komplekslərinin alışı və "Akkuyu" Atom Elektirik stansiyanın tikilşi ilə bağlı müqvilələr ABŞ-ın Ankaraya qarşı siyasətində müsbətə doğru kardinal dəyişiliklər etməyəcəyi, daha da sərt siyasəə əl atacağı gözlənilir. Həmçinin Türkiyənin İrana qarşı noyabrdan başlayan sanksiyalara qoşulmayacağı iki ölkə arasında yeni problemin yaşanacağına səbəb ola bilər.
ABŞ-ın Rusiya və İranla kəskinləşən münasibətləri fonunda Türkiyənin bu iki ölkə ilə hərbi-texniki və enerji sahəsində əlaqələrini inkişaf etdirəcəksə, biz Ankara- Vaşinqton arasında hər hansı bir əlaqələrin yüksək səviyyədə olacağını gözləməməliyik. Sadəcə, Bransonun həbsdən azad olunması, Trmapın noyabrda gözlənilən Nümayəndələr məclisinə seçkilərdə daxili nüfuzunu bərpa etməyə etməyə lazım idi. Türkiyə də buna getdi". Politoloqun qənaətincə, iki ölklənin əlaqələri onda inkişaf edə bilər ki, tərəflər problemə səbəb olacaq hərəkətlərdən çəkinsinlər: "Birinci, Birləşmiş Ştatlar Suriyada PKK-nın YPG qoluna tam dəstəyi dayandırır. Türkiyə ilə birgə anti-terror əməliyyatlara başlayır. İkinci, Pərdə arxasında sirr olaraq qalan AKP hakimiyyətinə qarşı daxildə müəyyən çevriliş planlarından əl çəkir. AKP-də buna tam əmin olur. Türkiyənin atacağı addım isə, Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırır. İrana qarşı sanksiyalara qoşulur. Bu iki ölkə ilə birgə Suriayda fəaliyyətindən geri çəkilir. Göründüyü kimi NATO-da müttəfiq olan iki dövlət arasında elə bir ciddi problemlər var ki, yaxın perspektivdə ABŞ -Türkiyə arasında münasibələrin normallaşması gözlənilmir".
Füzuli