Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək  Çex Respublikasında işgüzar səfərdə olacaq. Bu barədə məlumat "OLAYLAR"-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, səfər çərçivəsində Çexiyanın Müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31