“Azərbaycan dünya birliyində layiqli bir yer tutub" - MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 illik fəaliyyəti ölkəmizin müasir tarixinin qızıl səhifəsidir. Bütün sahələr üzrə uğurlar və gözəçarpan nəticələr əldə edilib. Ən böyük nəticə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirirərək Azərbaycanın müstəqil dövlətçiliyinin və müstəqil daxili, xarici siyasətinin yeritmək hüququnun qorunub saxlanılmasıdır".

Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, cənab Prezident bütün fəaliyyətində Azərbaycan müstəqilliyini daima yüksək səviyyədə qoruyub saxlaya bilib: "Azərbaycan dünya birliyində layiqli bir yer tutub. Azərbaycanın sözü və hansısa məsələdə mövqeyi dünya tərəfindən böyük diqqətlə dinlənilir. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması, onun sosial vəziyyətinin yaxşılaşdırılması cənab Prezidentin siyasətinin əsas istiqamətlərindən olub. Bu istiqamətdə biz bu gün böyük uğurlarımızdan danışa bilərik. İnsanlar özlərinə inamlı, dövlət tərəfindən daima qorunduğunu və onun maraqlarının dövlətin əsas marağı olduğu qənaətindədir. İqtisadiyyatımızın güclənməsi, qeyri-neft sektorunun güclü surətdə inkişaf etdirilməsi, Azərbaycanın dünya bazarına cəsarətlə çıxması, öz yerini tutması diqqətdə olan məsələlərdir.

Şübhəsiz ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin günü-gündən güclənməsi, Silahlı Qüvvələrimizin dünyanın 50 ən güclü ölkələri sırasında olması da bu qəbildən olan məsələlərdəndir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz Prezidentinə inanır, onun fəaliyyətini yüksək qiymətləndirir. Məhz cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşısında durduğu məsələlərin həmişə yüksək səviyyədə həll edildiyini görür".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31