I Varfolemeyin qərarı Rusiyanın və Putinin imperiya ambisyalarına zərbə vurur
16 Oktyabr 2018 12:30 SiyasətRusiya və Ukrayna arasındakı dini parçalanma Moskvanın Kiyevi öz siyasi orbitində saxlamaq, habelə onu keçmiş SSRi ərazisində nüfuzunu bərpa etmək cəhdlərini zəiflədir.
Böyük Birtaniyanın "Financial Times" (FT) qəzetinin yazdığı kimi, əgər İstanbul patriarxı I Varfolemey Ukrayna kilsəsinə müstəqillik bəxş etsə, bu, hər şeydən əvvəl Ukraynaya möhkəm impuls, daha sonra isə Pyotr Poroşenkoya seçkilərdə qalib gəlmək üçün əlavə güc vermiş olacaq.
"Putin həmişə Moksva kilsəsindən Rusiya dövlətçiliyinin dirçəlişi və onu dünya arenasında yenidən böyük dövlət statusunu əldə olunması naminə istifadə edib. Avropada son illərdə baş alıb gedən millətçi sağ axınlarının yüksəlməsi fonunda o, Rusiyanı "ənənəvi dəyərlərin" sarsılmaz qalası kimi təqidm edirdi",- qəzetin məqaləsində yazılıb.
"FT" Ukrayna patriarxlığının itirilməsini Rusianın şərqi pravoslaviyada öz çəkisinin azalmasına və Moskvanın İstanbulun türklər tərəfindən fəthindən bu yana "3-cü Roma" olmaq iddialarının üstündən xətt çəkəcəyini yazır. "Bu həmçinin Putinin hərəkətlərinin ukraynalılarla ruslar arasında parçalanmanın nə dərəcədə dərinləşdiyni göstərir",- yazıda qeyd olunur.
Məqalədə situasiyanın təhlükəli yanlarına da diqqət yetirilib. Kilsə qərarının Putinin qeyri-populyar pensiya islahatlarının fonunda reytinqinin aşağılara doğru yuvarlanması ilə eyni vaxta üst-üstə düşməsi onu Kiyevə qarşı daha aqressiv davranmağa, hətta Ukraynaya guya rus kilsələrini qorumaq adı altında xüsusi təyinatlılarını yeritməyə gətirib çıxara bilər.
"Krımın işğalından sonra Putinin populyarlığı olduqca yüksəlmişdi. Rusiya iqtisadiyyatının zəifliyi Kreml strateqlərini oxşar manevrə əl atmağa sövq edə bilər. Lakin 2014 müdaxiləsinin Rusiyanın neoimperial layihələrinə vurduğu dəhşətli zərbələri nəzərə aldıqda növbəti bənzər aktın hansı dərəcədə səhv və təhlükəli olduğunu təxmin etmək çətin deyil", - məqalədə yazılıb.
Rusiyanın dinşünas eksperti Andrey Desnitskinin sözlərinə görə, bu münaqişə Rusiynın Krımdan sonra dünyadakı nüfuzunun itirilməsinin simptomudur: "Rusiya dünya bilriyindən aralanaraq könüllü təcridə doğru gedir".
"Moskva üçün Ukrayna hələ də onu tarixi torpaqlarının bir hissəsidir. Kreml və Moskva patriarxlığının bu mənada fikirləri birdir. Patriarx Kirillin dini baxışları Putinin geopoiitik, millətçi və antiqərb ideyaları ilə üst-üstə düşür. İndi Ukraynanın dini olaraq Rusiya ilə bağlarını qoparması Rusiyanın ürəyinə vurulmuş xəncər olacaq," - "slate.fr" saytından Anri Tenk yazır.