Paşinyanın “qadın diplomatiyası”
Yaxud Ermənistan hakimiyyətinin növbəti şousu Ermənistanın siyasi hakimiyyəti öz ənənəvi metodologiyasından istifadə edir. Daha doğrusu “qadın diplomatiyasından”. Artıq ermənilərin ənənə halını alan bu “diplomatiyasında” inqilabçı baş nazir Nikol Paşinyan da yararlanmaq qərarına gəlib. Hər halda onun həyat yoldaşı Anna Akopyanın son bir neçə gündə ortaya qoyduğu “siyasi fəallıq” belə deməyə əsas verir. Görünən odur ki, Paşinyan hakimiyyətə gəldiyi gündən üzləşdiyi davamlı uğursuzluğu xanımını meydana atmaqla ört-basdır etməyi düşünür. Əks təqdirdə Anna Akopyanı son günlərin “siyasi qəhrəmanına” çevirməzdi.
19 Sentyabr 2018 14:49 SiyasətYaxud Ermənistan hakimiyyətinin növbəti şousu
Ermənistanın siyasi hakimiyyəti öz ənənəvi metodologiyasından istifadə edir. Daha doğrusu "qadın diplomatiyasından". Artıq ermənilərin ənənə halını alan bu "diplomatiyasında" inqilabçı baş nazir Nikol Paşinyan da yararlanmaq qərarına gəlib. Hər halda onun həyat yoldaşı Anna Akopyanın son bir neçə gündə ortaya qoyduğu "siyasi fəallıq" belə deməyə əsas verir. Görünən odur ki, Paşinyan hakimiyyətə gəldiyi gündən üzləşdiyi davamlı uğursuzluğu xanımını meydana atmaqla ört-basdır etməyi düşünür. Əks təqdirdə Anna Akopyanı son günlərin "siyasi qəhrəmanına" çevirməzdi.
Ermənistan hakimiyyətinin bu rəzil gedişi birmənalı olaraq tənqid edilir və hər hansı bir mübarizəyə sığmayan qeyri-səmimi siyasi oyun kimi xarakterizə olunur.
Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan qeyri-səmimilikdə və hiyləgərlikdə heçdə ərindən geri qalmır. Ekspert bildirib ki, o, hələ təzə birinci xanım olanda Moskvaya səyahət edib orada jurnalist və ictimaiyyətdə tanınmış xanımlarla görüşərək müharibə əleyhinə çıxışlar edib. "Qadınlar sülh naminə" sülhməramlı təşəbbüslə çıxış edib,,ancaq əsil sülhə nail olmaq üçün gərəkən addımları atmaq əvəzinə, öz günahların özgəyə ataraq Azərbaycanı müharibə təbliğatı aparmaqda suçlayıb: " Anna Akopyan həmçinin Qarabağ döyüşlərində, əsasən isə 2016-cı ilin aprelində ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb. Onun dəvət etdiyi və övladları müharibədə ölmüş analar da "Qadınlar sülh naminə" hərəkatına qoşulduqlarını bildirərək "Erməni-Azərbaycan" (bu erməni-Azərbaycan münaqişəsi deyil, Ermənistanın Azərbaycana əsassız ərazi iddiası və ərazilərimizi işğal etməsidi) münaqişəsini dayandırmaq üçün Azərbaycan analarını da onlara qoşulmağa çağırıblar. Toplantıda "Qoy dünyanın bütün anaları ayağa qalxsın. Biz xüsusən Azərbaycan analarına müraciət edirik. Biz müharibə istəmirik, biz övladlarımızı itirmək istəmirik", "Biz istəyirik ki, birdəfəlik sülh əldə olunsun", "öz övladlarını orduya göndərən analar əzablı iztirabla gözləməli olmasınlar". "Biz istəyirik ki, yeni Ermənistanda bizim kimi analar olmasın" kimi məzmunlu çıxışlar olub. Anna Akopyan isə öz çıxışında qeyd edib ki, "Qadınlar sülh naminə" kampaniyasını böyük inamla davam etdirir, xüsusən də aprel döyüşlərində övladlarını itirmiş analardan dəstək alanda inamı artır. Onun sözlərinə görə, azərbaycanlılara ünvanlanmış sülh təşəbbüsü Ermənistanda birmənalı qarşılanmır və kampaniyanın başlanmasından sonra onu tənqidə məruz qoyublar". Ekspert deyib ki, Anna Akopyanın bu "təşəbbüsü" təbii ki, Avropada Qarabağ müharibəsinin səbəbi, ermənilərin bizə əsassız torpaq iddialarını və kimlərin bu müharibədə maraqları olmasını bilməyənlər üçün maraqlıdır və bəyənilən ola bilər: "Ancaq hər bir azərbaycanlı, eləcə də oğulları bu müharibədə vətən yolunda şəhid olan analar yaxşı bilir və görürlər ki, baş nazirin arvadı söylədiklərində səmimi deyil və bu "təşəbbüsü" ilə özlərini "sülh tərəfdarı" kimi qələmə verib, xalqımıza və vətənimizə qarşı 30 ildə törətdikləri minlərlə qanlı cinayətləri, günahsız insanları vəhşicəsinə öldürmələrini, soyqırımları, deportasiyaları, işğal faktlarını, işğal etdikləri ərazilərimizdə yol verdikləri böyük dağıntıları, talanları ört-basdır etmək, bu insanlıq əleyhinə cinayətləri törətmiş erməniləri məsum göstərmək niyyətini güdürlər. Sözsüz Anna Akopyan bununla guya demokratiya yolu ilə hakimiyyətə gəlmiş, əslində isə heç bir seçki olmadan küçə hərakatı sonucunda hakimiyyətə gəlmiş ərinə sülhpərvər imici qazandırmaq, onun ermənilər arasında nüfuzunun qorunması, artması, eləcə də dünyada sülhpərvər kimi tanınmasına çalışmaq istəyir. Ancaq bütün ermənilər kimi Anna Akopyan da birtərəfli mövqe sərgiləyərək, əsil həqiqətlərin üstündən keçir, gerçək sülhü yaradacaq təşəbbüslərdən yayınır. Əgər Anna Akopyan gerçəkdən belə "sülh naminə"çalışıb sülh yaratmaq istəyirsə, onda birinci Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana təcavüz etməsini və 20 faiz ərazimizi işğal edərək xarabalığa çevirmələrini, Ermənistandan (Qərbi Azərbaycandan) o yerlərin aboregen sakinləri olan milyonlarla Türkü son 100 ildə zorla qovduqlarını, kütləvi deportasiyalara məruz qoyduqlarını, sonra da Qarabağ erməniləri arasında separatçı hərəkətlərə rəvac verib minlərlə dinc azərbaycanlını qırdıqlarını, bir milyon soydaşlarımızı Qarabağdan məcburi qovduqlarını və digər çoxlu cinayətlərini etiraf edib, hazırda da Ermənistanın heç bir vəchlə sülhə gəlmədiyini, cəbhədə mövcud status-kvonu qoruyub saxlayaraq torpaqlarımızı ələ keçirmək istədiklərini bildirsin. Bundan sonra gecələr başlarını bir yastığa qoyduğu ərinə və Ermənistanın Nijdeh təfəkkürlü faşist düşüncəli müharibə tərəfdarları olan generallarına müraciət edib dərhal müharibəni dayandırmağı və Ermənistanın bütün qoşun növlərini heç bir tələb irəli sürmədən Azərbaycanın işğal altında olan 20 faiz ərazilərindən çıxarmalarına səsləməli, bunun üçün gerçək fəaliyyətdə bulunmalı idi. Məhz Anna Akopyan bu cür çıxışlar edib, əməlində gerçək sülh tərəfdarı olduğunu və bu sülhə gətirəcək addımların atılmasını öz hakimiyyətlərindən tələb etsəydi, onda onun "sülh naminə" azərbaycanlı analara, əsgər analarına müraciəti də başa düşülər, anlayışla qarşılanardı.
Düzdür Anna Akopyan başlatdığı sülh təşəbbüsündə qətiyyətli olduğunu görüşü izləyən jurnalistlərdən birinin sualına verdiyi aşağıdakı cavabında ortaya qoyur və rəğbətəlayiq mövqe sərgiləyir: "Kimin qalib gələcəyini həyat göstərəcək. Ya biz (sülh naminə təşəbbüsçüləri nəzərdə tutur) qalib gələcəyik və onları silahı yerə qoyub danışıqlar masası arxasına keçməyə məcbur edəcəyik, ya da uduzacağıq və onlar bir-birlərinə atəş açmaqda davam edəcək. Mən məğlubiyyət variantını istisna edirəm və əminəm ki, nə vaxtsa təşəbbüsümüz qalib gələcək" . Rövşən Məmmədli deyib ki, Anna Akopyanın bu fikri gerçəkdən bəyəniləsidir, ancaq bu sülhün yaranması üçün Dağlıq Qarabağı və ətrafında işğal olunmuş rayonları əsil sahibləri olan azərbaycanlılara qaytarılmasınıda qeyd etsəydi yaxşı olardı: "Ancaq bu əsas fakt yoxdur. Nə qədər Qarabağın öz həqiqi sahiblərinə qaytarılmasını bir kənara qoyub, yalandan "sülhdən" danışılacaq, bu boşuna bir işdir. Anna Akopyan istəyinə o zaman çata bilər ki, bu gerçək faktı-işğal altda olan torpaqların əsil sahinblərinə qaytarılmasını deyib bu əsasda da sülhə çağırış etsin. Yoxsa ərin Nikol Paşinyan iqtidar olan gündən Qarabağa dair qızışdırıcı, danışıqlar prosesinə zərbə vuran və davakar bəyanatlarla çıxış edir, gecədə gəlib səninlə bir yastığa baş qoyur. Sual olunur "Sülhü düşünən" bir qəlb o sülhə gəlməyən, əksinə onu rədd edən bir "müharibə tərəfdarı qəlblə" necə bir yastıqda "sülh" bağlaya bilirlər.
S.İsmayılbəyli