Maskın şirkəti peyk interneti terminallarını pulsuz paylamağa başlayıb
29 Aprel 20:03 Dünya"SpaceX" korporasiyası "Starlink" peyk internetinə qoşulmaq üçün avadanlıqları bəzi bölgələrdə istifadəçilərə pulsuz təqdim etməyə başlayıb.
Olaylar xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ABŞ də daxil olmaqla bir sıra regionlarda xidmət yeni müştərilərə "Starlink" avadanlıq dəstini pulsuz almağı təklif edir. Lakin bunun müqabilində istifadəçilər azı bir il ərzində xidmətlərdən müntəzəm istifadə etməyə borcludurlar. ABŞ-də Starlink terminalı və digər avadanlıqların dəyəri 349 dollar təşkil edir.
Yeni müştərilər ilk ay ərzində peyk internetindən pulsuz istifadə edə biləcəklər. Lakin 30 gündən sonra onların hesabında birillik internet abunəliyi aktivləşdirilir və bu abunəliyin qiyməti konkret regiona görə dəyişir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31