“Azərbaycanın sivil və hərtərəfli inkişafından məmnun deyillər”

"Din adı altında sosial şəbəkələrdə antiazərbaycan fəaliyyəti göstərənlərlə 18-ci əsrdə ərəb dünyasında bir əlində quran, o biri əlində tapança gəzdirərək islamı parçalamaqla məşğul olan Qərb cəsuslarının arasında heç bir fərq yoxdur. Ola bilsin ki, indi din altında gizlənən terrorçuların ağaları və qarşılarındakı məqsədlər dəyişib. Fəqət dəyişməyən ən böyük mahiyyət odur ki, onlar islamın da ,milli kök etibarı ilə əlaqədar olduqları ölkənin də düşmənləridir".

Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Aydın Quliyev bildirib ki,  ancaq Azərbaycandakı dini və dinlərarası mühit o qədər rahatdır ki, bir neçə şəxsin ideoloji terror cəhdi ilə pozula bilməz. "Bunu özləri də yaxşı bildikləri halda yenə də bu yolu gedirlər. Çünki Azərbaycanın sivil və hərtərəfli inkişafından məmnun deyillər. Bunu istəmirlər. Ölkəmizin sivil inkisafından qıcıqlanan belə şəxslər üçün din pərdəsinə bürünmək alternativi olmayan çarəsiz zülmət yoldan başqa bir şey deyil. Ancaq Azərbaycan cəmiyyətinin olsa-olsa mikraskopik bir hissəsi belə zülmət yoldan zövq ala bilən mənəvi şikəst adamlar ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31