Səbuhi Abbasov: "Ölkəmizin inkişafı antiazərbaycan dairələri hərəkətə gətirib"

Bir neçə gündür sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycan dövlətçiliyinə və ölkəmizin dünyəvi dövlət sisteminə qarşı açıq - aşkar təhdidlər səsləndirilir, çağırışlar edilir, uydurma, heç dəxli olmayan "informasiyalar" məqsədli şəkildə dövriyyəyə buraxılır.

Məsələyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov  açıqlamasında bildirib ki, bu sistemli şəkildə bəzi dairələr tərəfindən idarə olunur: "Əslində ölkəmizə qarşı din pərdəsi altında təxribatların törədilməsi illərdir davam edir. Din amili hər zaman bəzi dairələrin əlində ciddi silaha çevrilib. Təəssüf ki, ölkəmizdə də bəzi insanlar bilərəkdən və bilməyərəkdən bu proseslərin qurbanına çevrilir. Azərbaycan dünyada dinamik inkişafa imza atan ölkələr siyahısındadır. Bundan başqa ölkədə ciddi sabitlik mühiti hökm sürür. Məhz buna görə bir sıra beynəlxalq tədbirlər, beynəlxalq platformalar Bakıda reallaşır, irimiqyaslı investisiya layihələri reallaşır. Bütün bu faktorlar isə antiazərbaycan qüvvələrini hərəkətə keçirib. İndi onların silahına həm də sosial media alətləri əlavə edilib. Bu mənada biz hər cür təxribata hazır olmalı, müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31