Tural Abbaslı: "Qiymət artımı siyasi konyuktura xarakteri daşımır"

"Müxalifət yenə də öz çirkin əməllərindən əl çəkmir". Sərnişindaşımada tariflərin artırılması ilə bağlı müxalifət düşərgəsində olanların arqumentlərinə münasibət bildirən "AG" Partiyanın lideri Tural Abbaslı bildirib ki, hər bir qiymət artımı istənilən normal siyasi mühitə malik olan dövlətlərdə müxalifət üçün bir bəhanədir.

T.Abbaslı bildirib ki, müxalifət həmişəki mərəzindədir: "Ölkədə baş verən ictimai-siyasi hadisələrə müxalifət liderləri, ən yaxşı halda, sosial şəbəkələrdə anormal statuslar yazmaq, mənasız bəyanatlar verməklə kifayətlənirlər. Bu statusların da əsasını müxalifət liderlər tərəfindən xalqın qınanılması dayanır. Bildirilir ki, mitinqlərə xalq gəlmir. Qaldı ki, Tarif Şurasının çıxardığı qərarı müxalifəti "ayıltdı". Yenə də həqiqətə uyğun olmayan məlumatlar verməklə, ölkədə təxribata yol açmaq, bununla da diqqəti özlərinə cəlb etməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanda sərnişindaşıma qiymətləri əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır. Həmişə olduğu kimi, hökumət qiymət artımı ilə bağlı aşağı təbəqənin maraqları nəzərə alır. Qiymət artımlarına müvafiq olaraq, əhalinin də sosial gəlirlərinin artırılması istiqamətində müvafiq qərarlar qəbul edilir. Bu isə, bir daha sübut edir ki, Azərbaycan hökumətini düzgün iqtisadi siyasət yürütməməkdə ittihamlayan müxalifətin irəli sürdüyü bütün arqumentlər əsassızdır.

Dağıdıcı müxalifət anlamalıdır ki, Azərbaycanda qiymət artımı siyasi konyuktura xarakteri daşımır və sırf iqtisadi maraqlar nəzərə alınaraq, belə qərar qəbul edilib. Ölkə müxalifətinin vəziyyətdən sui-istifadə edərək əhalinin narazı, aztəminatlı təbəqəsini öz tərəfinə çəkməyə çalışması isə heç cür mümkün deyil. Çünki insanlar müxalifəti qətiyyətlə rədd edir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31