Müşfiq Ələsgərli: "Ölkəmizin əldə edəcəyi dividentlər heçə endirilir"

“Sosial şəbəkələrdə Bakıda keçiriləcək “Jara” festivalına qatılacaq Zara Mgoyan və digər məsələlərlə bağlı məlumatların yanlış formada təqdim edilməsi halı ilk dəfə deyil”. Bunu açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"Sosial şəbəkələrdə Bakıda keçiriləcək "Jara" festivalına qatılacaq Zara Mgoyan və digər məsələlərlə bağlı məlumatların yanlış formada təqdim edilməsi halı ilk dəfə deyil".

Bunu açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, mahiyyəti araşdırılmadan, səbəbi-nəticəsi öyrənilmədən hadisələrin yalnız subyektiv mülahizələrlə dəyərləndirilməsi sosial şəbəkələr üçün xarakterikdir: "Bəzən isə hadisələrin bilərəkdən şişirdilməsi, qərəzli formada konteksdən çıxarılması halları olur ki, bunu da ölkəmizə qarşı düşmən mövqe tutanlar edirlər. Bu baxımdan Bakıda keçiriləcək və Azərbaycanın təbliğinə yönələcək konsert ətrafında belə süni ajiotaj yaradılmasının səbəbi bəllidir. Kimlərsə məsələ ətrafında elə rəy yaradırlar ki, konsertin keçirilməsindən ölkəmizin əldə edəcəyi dividentlər heçə endirilir. Əlbəttə, belə hallar zaman-zaman olub və ictimaiyyət bunun fərqindədir. Ümid edirik ki, bizim ənənəvi KİV-lər düzgün məlumat yaymaqla bu qərəzli kampaniyanı da zərərsizləşdirə biləcəklər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31