"Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki planlayırdılar"

Ötən gün Gəncədə baş verən terror hadisəsi zamanı 2 polis zabitinin qətlə yetirilməsi çox ciddi hadisədir. Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki planlayırdılar.

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanov çıxış edib. O. Bildirib ki, ancaq Daxili İşlər Nazirliyinin əməkdaşlarının çevikliyi bütün planları puç etdi: "Dünənki Gəncə hadisəsi bizlərə əyani sübut etdi ki, polislərimiz dövlətçiliyimizin keşiyində nəyin bahasına olursa olsun durmağa hərzaman hazırdırlar.   Çox məyusedici haldır ki, Gəncədə qaragüruh qüvvələrin xain planlarına alət olaraq, polisinə,dövlətinə qarşı çıxanlar oldu. Təbii ki, bu ssenarini  dini motivlər əsasında reallaşdırdılar. İnançlı insanların hissləri üzərindən öz xain əməllərini həyata keçməsi üçün istifadə etdilər.  Yunis Səfərov və dünən 2 polisimizi öldürən xainlər sadəcə və sadəcə oyunçudurlar. Yəni pərdənin önündə olanlar bəllidir, pərdənin arxasındakılar isə tam bəlli deyil. Dünənki hadisə ciddi siqnaldır. Birbaşa dövlətçiliyimizə qarşı atılan addımdır. Əziz xalqım! Dövlətimizi, ölkəmizi və ən əsası müstəqilliyimizi qorumaq üçün möhkəm dayanmaq lazımdır! Hərkəs əmin olsun ki, dövlətimiz və eləcə də hüquq-mühafizə orqanları istənilən antiAzərbaycan qüvvələrini darmadağın etməyə qadirdilər. Biz isə vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, dövlətimizin yanınd olaq. Bu bizim həm də borcumuzdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31