Vüqar Əhmədov: “Azərbaycanda sabitlik möhkəm əsaslarla qorunub”

“Hesab edirəm ki, Gəncədəki hadisələr məqsədli şəkildə Azərbaycanda kriminogen durumu gərginləşdirməyə və sabitliyi pozmağa yönəlib. Bu ölkəmizdə mövcud olan stabilliyi pozmaq istəyən qüvvələr Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hadisələri qarışdırmaqla dini zəmində məsələlərə don geyindirməklə qarşılıqlıq salmaq istəyirlər”. Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

"Hesab edirəm ki, Gəncədəki hadisələr məqsədli şəkildə Azərbaycanda kriminogen durumu gərginləşdirməyə və sabitliyi pozmağa yönəlib. Bu ölkəmizdə mövcud olan stabilliyi pozmaq istəyən qüvvələr Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hadisələri qarışdırmaqla dini zəmində məsələlərə don geyindirməklə qarşılıqlıq salmaq istəyirlər".

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

"Heç də təsadüfi deyil ki, son dövrlər də Azərbaycana yönəlik, ölkəmizin əleyhinə qarşı olan anti-milli qüvvələr xaricdən vaxtaşırı mesajlar göndərirlər və çağırışlar edirlər. Onlar hansısa bir qəza və yaxud problem olan kimi məsələyə siyasi don geyindirməklə xalqı lazımsız yerə etirazlara səsləyirlər. Əlbəttə ki, burada da məqsəd qarşıdurma yaratmaqdır. Hesab edirəm ki, bunlar heç bir zaman ölkənin sabitliyini poza bilməz. Azərbaycanda çox möhkəm əsaslarla sabitlik qorunub. Azərbaycan Prezidenti İlham Əliyev tam şəkildə ölkəyə nəzarət edir. Əlbəttə ki, bu xoşagəlməz hadisədir. Bu gün Azərbaycan polisi bizim üçün qiymətlidir. Çünki o sabitliyin və asayişin keşiyindədir. Kriminogen durumun nəzarət altında olması bizim hər birimizin marağında olmalıdır. Terrorçuların polisi qətlə yetirməyi heç də onlara başucalığı gətirməyəcək əksinə onları gözdən salacaq. Polisə qarşı atılan güllə birbaşa xalqa və dövlətçiliyimizə atılan güllədir"-deyə, sabiq köməkçi fikirlərini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31