"Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir" - MÖVQE

“10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır".

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsi, nə də dinlə heç bir aidiyyatı yox idi: "İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir. Görünür xaricdə müəyyən antiazərbaycan dairələri Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər.

Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimizi, sabitliyimizi, inkişafımızı hər an qorumalıyıq və biz buna qadirik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31