Namiq Əliyev: “Dövlət baş verən qəzaya çevik reaksiya verdi”

“Dünyada heç bir dövlət təbii fəlakətlərdən, enerji sistemlərində, istehsalatda və s.sahələrdə baş verən qəzalardan sığortalanmayıb”. Bunu “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

"Dünyada heç bir dövlət təbii fəlakətlərdən, enerji sistemlərində, istehsalatda və s.sahələrdə baş verən qəzalardan sığortalanmayıb".

Bunu "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, belə hadisələr ən qüdrətli dövlətlərdən biri olan Amerikada da olub: "Yaponiyada, qardaş Türkiyədə enerji qəzalarının şahidi olmuşuq. Əsas odur ki, dövlət baş verən qəzaya çevik reaksiya verdi, Prezident İlham Əliyev anında Dövlət Komissiyası yaratdı, qəzanın səbəblərinin araşdırılmasına başlanıldı. Qəza baş verən saatlardan başlayaraq, bütün dövlət orqanları öz vəzifələrinin icrasında böyük peşəkarlıq göstərdilər. Bunun əksinə olaraq, müxalifət düşərgəsi, xaricdə məskunlaşan, söyüş söyməkdən başqa əlindən heç nə gəlməyən mühacirlər anında sosial şəbəkələrə axışaraq, qəzadan dövlət əleyhinə istifadə etməyə çalışdılar. İddia etdilər ki, "vətəndaşların həyatı təhlükədədir, heç kim onlara yardım etmir". Hətta gündəlik həyatda yaşadığımız adi hadisələri, məsələn istidən, günvurmadan halı pisləşənləri də baş vermiş qəza ilə əlaqələndirməyə cəhd etdilər. Ən dəhşətlisi də odur ki, tam əsasla anormal adlandıra biləcəyimiz belə radikal müxalifət nümayəndələri insanları küçələrə çıxmağa səslədilər, paytaxtda və bölgələrdə xaos yaratmağa çalışdılar. Halbuki, həmin saatlarda müvafiq dövlət qurumlarının əməkdaşları avtomobillərin hərəkətini tənzimləyir, metroda qalanları təhlükəsiz şəkildə tunellərdən çıxarır, avtobuslar vətəndaşları ödənişsiz mənzillərinə çatdırırdı. Ölkə daxilində və xaricində olan müxalifətin hadisəyə belə "çevik" reaksiyasını təsadüfi hesab etmirik. Əvvəlki illərdə olduğu kimi, onların havadarları, antiazərbaycan qüvvələr bundan istifadə etməyə çalışaraq, müxalifətə hərəkətə keçmək komandası verdilər. Hadisədən siyasi divident qazanmağa çalışan müxalifətin belə davranışı, birincisi, onların özlərinin əleyhinə işlədi. Çünki qəzalar zamanı belə mövqe sərgiləyənlərin əməlləri cəmiyyət tərəfindən müsbət hal kimi qəbul olunmur. Oxucular xatırlayırlarsa, Yaponiyada, Fukusimo AES-də baş verən qəza zamanı, nəinki sadə vətəndaşlar, hətta kriminal "yakudzalar" fəlakətdən zərər çəkənlərə yardım etməyə başladılar. Bizim müxalifətin yardım göstərməsi bir tərəfə qalsın, onlar sosial şəbəkə vasitəsilə panika yaratmağa çalışırdılar ki, insanlar psixoloji təzyiq altında qalsınlar. Amma onların arzuladıqlarının əksinə olaraq, çevik tədbirlər sayəsində, cəmiyyətimiz bu qəzadan tamamilə itkisiz qurtardı.

Tahir Kərimli: "Mingəçevirdəki qəza ilə bağlı təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq"

İkincisi isə bu qəza Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin yetkin, dərrakəli, ekstremal vəziyyətlərdə ayıq olduğunu göstərdi. Vətəndaşlar könüllü olaraq dövlət orqanlarına kömək edir, bir-birilərinə yardım göstərirdilər. Prezidentin dediyi kimi, Azərbaycan cəmiyyəti bu sınaqdan şərəflə çıxa bildi. Məhz buna görə də, Prezident İlham Əliyev göstərdikləri dəstəyə, anlayışa, vətəndaş həmrəyliyinə görə Azərbaycan vətəndaşlarına təşəkkür etdi. Beləliklə, Mingəçevir qəzası zamanı cəmiyyət müxalifətin çağırışlarının ardınca getmədi, əksinə dövlətin yanında oldu və vətəndaşlıq borcunu yerinə yetirdi. Müxalifət və onların havadarları isə növbəti dəfə iflasa uğradılar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31