Elşən Manafov: “Müxalifətin könül bulandırmaq istəyi indiyə qədər baş tutmayıb”

“Belə qəzalardan dünyanın ən güclü dövlətləri belə sığortalanmayıb”. Bunu Demokratik Sol Partiyasının sədri, politoloq Elşən Manafov deyib.

"Belə qəzalardan dünyanın ən güclü dövlətləri belə sığortalanmayıb". Bunu  Demokratik Sol Partiyasının sədri, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bunu Azərbaycan Prezidenti Cənab İlham Əliyevdə enerji sistemində yaranan qəza ilə bağlı keçirdiyi müşavirədə də qeyd etdi: "Baş verən məlum qəza hadisəsi ilə bağlı müxalifətin verdiyi açıqlamalar xalqda haqlı olaraq onlara qarşı qəzəb hissini bir qədərdə gücləndirmiş oldu. Çünki bəzi müxalifət liderlərinin açıqlamalarında, mövqe və bəyanatlarında qərəz açıq şəkildə özünü göstərir. Onların bu cür hərəkətlərə əl atması müxalifətin məlum kəsiyinə heç də baş ucalığı gətirmir. Təbii ki, Azərbaycan vətəndaşları müxalifətin məlum kəsiyinin bu qəza ilə bağlı verdiyi açıqlamalarının reallıqlardan uzaq olduğunu çox gözəl bilirlər. Müxalifətin qərəzli açıqlamaları bulanıq suda balıq tutmaq istəyindən irəli gəlir. Demək olar ki, müxalifət məhz bu səpkili hadisələrdən istifadə edərək özünə divident qazanmaq istəyir. Ancaq fakt budur ki, müxalifətin könül bulandırmaq və bulanıq suda balıq tutmaq istəyi indiyə qədər baş tutmayıb və bundan sonrada baş tutmayacaqdır. Gördüyünüz kimi, baş vermiş qəza ilə bağlı region dövlətləri, o cümlədən Rusiya və Gürcüstan dərhal Azərbaycana lazımı dəstəyi, yardımlarını göstərdilər. Bu bir daha onu göstərir ki, Azərbaycan güclü dövlət olaraq, region və dünya dövlətlərinin etimadını yetərincə qazanmış bir dövlətdir. Yəni Azərbaycan beynəlxalq güclər qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirən bir dövlətdir. Zamanında Azərbaycan özü də qardaş Gürcüstana belə bir dəstəyi göstərmişdir. Belə bir dəstək dövlətlərarası münasibətlərdə güvənin, etimadın bariz bir nəticəsi kimi diqqəti cəlb edib. Bu bir daha onu göstərir ki, Azərbaycan hakimiyyətinin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan dövlətinin, xalqının maraqlarına köklənmiş bir siyasətdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31