Cəsarət Hüseynzadə: “Müxalifət məkrli niyyətinə çata bilmədi”

“Mingəçevir İES-da baş verən hadisə və onun aradan qaldırılması ilə bağlı cəmiyyətə, ictimaiyyətə və bəzi xarici dairələrə müəyyən mesajlar verildi”. Bunu "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

"Mingəçevir İES-da baş verən hadisə və onun aradan qaldırılması ilə bağlı cəmiyyətə, ictimaiyyətə və bəzi xarici dairələrə müəyyən mesajlar verildi".

Bunu "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, birincisi, ölkə başçısı tərəfindən verilən mesaj idi: "Bu mesaj həm Prezident İlham Əliyev tərəfindən vəziyyətə dərhal nəzarət olunması və bütün qurumların komanda halında işləməsi ilə bağlı idi. İlk mərhələdə bütün qüvvə meydana gələn fəsadların ardan qaldırlmasına yönəldi. Dövlət vətəndaşların qarşısında cavabdeh olduğu məsuliyyətin həyata keçirilməsin uğurla bacardı. Ölkə başçısı növbəti mərhələdə müşavirə çərçivəsində artıq bütün cavabdehlərin məsuliyyət məsələsini qoydu. Burda insanların həmrəylik nümayiş etdirməsi, məsələlərə həssas yanaşmasını da qeyd etmək lazımdır. Bu bir daha göstərir ki, Azərbaycan cəmiyyəti yüksək dəyərlərə sahib bir cəmiyyətdir. Fərdi maraqlar deyil, ümummilli maraqlar daha önəmlidir. Bu iki yanaşma ilə vətəndaş - dövlət münasibətlərinin vəziyyətini yüksək qiymətləndirmək olar. Amma təəssüf ki, bəzi müxalifət partiya sədrləri onlar təsiri altında olan saytlar ucuz şou yaratmaq və bununla da diqqət mərkəzinə çevrilməyə cəhdlər göstərdi. Bu qüvvələrin də öz havadarları tərəfindən təsdiq olunmuş xüsusi fəaliyyət planları olur. Bu plana hadisələrdən şou düzəltmək, insanlar arasında çaşqınlıq yaratmaq və s. daxildir. Bu dəfə də eyni metod ilə sosial şəbəkələr və bəzi saytlar vasitəsi ilə təbliğat aparılmasına cəhdlər oldu. Azərbaycan demokratik dövlətdir və fikir azadlığı mövcuddur. Bu məsələdə də müvafiq cavabdeh qurumun tənqid olunması normal qarşılanır. Və ən sərt formada Prezident İlham Əliyev tərəfindən "Azərenerji" rəhbərliyi tənqid olundu və onların məsuliyyət məsələsi qoyuldu. Lakin ənənəvi müxalifət və özlərini Avropadan müxtəlif təsisat rəhbərləri kimi təqdim edən qüvvələrin məqsədi hər hansı problemin həlinə dəstək vermək deyil, əksinə vəziyyətin gərgin olduğunu süni şəkildə auditoriyaya və özlərinin maliyyə qaynaqları olan qurumlara təqdim etməkdir. Həmişəki kimi, reallıq ondan ibarət oldu ki, bu hadisələrdən istifadə etməklə müxalifət və onların havadarları öz mənafelərinə hesablanan məkrli niyyətlərinə çata bilmədi".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31