Mais Səfərli: “Radikal müxalifətin normal siyasi fəaliyyəti yoxdur”
6 İyul 2018 16:57 Siyasət"Sonuncu seçkilərdən sonra ənənəvi müxalifət düşərgəsində total şəkildə böhran baş qaldırıb ki, bununla yanaşı həmin böhran partiyadaxili qarşıdurmalar və istefalarla müşahidə edilməkdədir. Ümumiyyətlə bu gözlənilən bir prosesdir. Çünki radikal müxalifət normal fəaliyyət göstərmir və normal siyasi fəaliyyəti yoxdur".
Bunu Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, radikal müxalifətin əsas fəaliyyəti iqtidar hakimiyyətinin gördüyü böyüş işlərə kölgə salmaqdan və qarayaxmaqdan ibarətdir: "Bu isə siyasi fəaliyyət deyil. Məhz bu cür fəaliyyətsizliklərinə görə də onlar cəmiyyət tərəfindən tamam dəstəksiz qalıblar və elektoratlarını itiriblər. Ətraflarında olan 5-10 nəfər adam isə maddi maraqlara görə orada idilər. İndi isə bu partiyalara heç bir diqqət yoxdur. Hətta Qərbdə Azərbaycanı sevməyən bəzi dairələr də bunlarla işləmək istəmirlər. Çünki onlar heç bir ictimai-siyasi proseslərə təsir edə biləcək qüvvədə deyillər. Ona görə də belə olan təqdirdə bu partiyaların özündə çox ciddi böhran yaranıb. Əslində bu partiyalar çoxdan fiaskoya uğrayıblar. Amma sonuncu prezident seçkiləri göstərdi ki, o partiyalar ümumiyyətlə məhv olmağa doğru gedir. Hətta deyərdim ki, həmin partiyaların adından başqa heçnəyi qalmayıb".
SİA