Rüfət Quliyev: "Günahkarlar cəzalanmalıdır"

"Prezidentin Sərəncamı ilə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb. Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Amma ümumilikdə Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var”. Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

"Prezidentin Sərəncamı ilə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb. Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Amma ümumilikdə Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var".

Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında baş verən hadisəyə görə keçirilən müşavirəni xatırladan deputat söyləyib ki, toplantıda da qeyd olundu ki, Fövqəladə Hallar Nazirliyi "Azərenerji"yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, "Azərenerji" həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb. Dövlət başçısı müşavirədə qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanacağını söylədi. Təbii ki, günahkarların cəzalanacağı birmənalıdır. Onlara qarşı cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hal bir daha təkrarlanmasın".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31