Güllələnən icra başçısını bu şəxs əvəz edir – FOTO

Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində güllələnib. E.Vəliyev aldığı ağır güllə yarasından sonra xəstəxanaya yerləşdirilib.

Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev əvəz edir. Sözügedən xəbəri unikal.org saytına Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

E.Rzayev I müavin vəzifəsinə 2015-ci ildə təyin edilib. O, bu təyinata qədər  Gəncə "Asan xidmət"in rəhbəri vəzifəsində çalışıb.

Rzayev Elnur Şahbaz oğlu1980-ci ildə  Qərbi Azərbaycanın  Aşağı Şorca kəndində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə  həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının  Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə  idarəetməsi"  ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon  şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən  rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir,3 övladı var.

Minval.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31