“Xalqımızın və dövlətimizin təhlükəsizliyi hər şeydən üstündür”

“Baş verənlər sıradan hadisə deyildi. Prezident haqlı olaraq, yaradılmış komissiyanın tərkibinə hüquq-mühafizə orqanlarının rəhbərlərini də saldı. Bununla bağlı, baş prokuror Zakir Qaralov cinayət işinin açıldığını bildirdi”. Bu sözləri millət vəkili Çingiz Qənizadə Prezidentin keçirdiyi müşavirədə səslənən fikirlər barədə danışarkən deyib.

"Baş verənlər sıradan hadisə deyildi. Prezident haqlı olaraq, yaradılmış komissiyanın tərkibinə hüquq-mühafizə orqanlarının rəhbərlərini də saldı. Bununla bağlı, baş prokuror Zakir Qaralov cinayət işinin açıldığını bildirdi". 

Bu sözləri millət vəkili Çingiz Qənizadə Prezidentin keçirdiyi müşavirədə səslənən fikirlər barədə danışarkən deyib.

Xatırladıb ki, Prezident günahkarların tapılıb cəzalandırılması ilə bağlı göstəriş verib: "İnanırıq ki, bu hadisədə və ya bu hadisəyə qədər günahı olanların aşkarlanaraq məsuliyyətə cəlb ediləcəyinə şahidlik edəcəyik. Prezident Mingəçevirdə audit keçirilməsi ilə də bağlı göstəriş verdi. Qanunsuz hallar aşkar olunacaq".

Millət vəkili xalqın özünü təmkinli aparması, ictimai qaydaların pozulmasına meylliliyin olmaması barədə də danışıb: "Xalqın bu mövqeyi çox təqdirəlayiqdir. Millətimiz fors-major, bizdən asılı olmayan səbəblərdən yaşanan hallarda özünü təmkinli aparmağı bacarır. Demək ki, xalqımız prezidentini dəstəkləyir və birlik nümayiş etdirir. Xalqımızın və dövlətimizin təhlükəsizliyi hər şeydən üstündür".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31