Amerika və Qərbin Rusiyaya artan sanksiyaları Ermənistana də təsirsiz ötüşməyəcək

Azərbaycan danışıqlarda yeni dönüş yaratmaq üçün hərbi təzyiqlərə başlamalıdır

Işğalçı Ermənistanla Azərbaycan arasında uğursuz atəşkəs sazişinin imzalanmasından tam 26 il keçir. 26 il əvvəl, 1994-cü ildə Bişkeşdə MDB Parlament Assambeleyasının iclasında Rusiyanın vasitəçiliyi ilə Yerevanla Bakı atəşkəs müqaviləsinə imza atdılar. Təssüf ki, bu atəşkəs müddətsiz bağlanaraq, sonu bilinməyən danışıqların başlanmasının əsasını qoydu.

İrəvanla Bakı arasında bağlanmış atəşkəs rejimindən keçən müddət ərzində cəbhə xəttində baş verənlər, hazırkı vəziyyətdəki duruma münasibət bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Bişkek protokollarına yenidən qayıtmalı, atəşkəsin qorunmasına konkret il və gün əlavə etməlidir: "Məsələn, atəşkəsə ölkəmiz bir il razıdır. Bu bir il ərzində danışıqlara sadiqdir. Bir il ərzində Ermənistan güzəştə getmirsə, atəşkəsin vaxtı bitən kimi hərbi əməliyyatlara start verməlidir.Qeyd edim ki, yay ayları yaxınlaşırdı və ordumuz bir neçə ay hərbi əməliyyatları davam etdirməklə, atəşkəsə getməyi bir neçə ay yubada bilərdi.  Necə ki, həmin ilin qışında Horadiz əməliyyatını uğurla həyata keçirmişdi və bir neçə strateji əhəmiyyətli ərazilər işğaldan azad olunmuşdu. Belə bir əməliyyatları yay aylarında da keçirə bilərdi". Məhəmməd Əsədullazadə deyib ki, əgər 12 mayda atəşkəs əldə edilməsəydi, ordumuzun bir neçə rayonu azad etməsi reallaşardı: "Atəşkəsin əldə olunması, ordumuzun irəliləməsinin qarşısını aldı. Çünki, həmin aylarda ordumuz işğalçılara böyük zərbə endirmişdi, baxmayaraq ki, Murov istiqamətində bir sıra uğursuzluqlar olmuşdu. Rusiya və Ermənistan əldə etdikləri əraziləri saxlamaq üçün atəşkəsi ortaya atdılar. Həmin illərdə Azərbaycan üçündə nəfəs almaq lazım idi. Çünki, müharibə çox ciddi fəsadlara yol açmışdı. Ordunun komplektləşdirilməsi lazım idi. Amma əsas deyil idi. Çünki, ordumuzun düşmənə ağır zərbələrə başladığı zamanda atəşkəsin elan edilməsini bir neçə ay yubadmaq olardı". Məhəmməd Əsədullazadənin sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, artıq danışıqların mahiyyəti sual altındadır: "Danışıqların başlamasından söhbət belə getmir.

Proseslərə Rusiya elə bir vəziyyətdə nəzarət edir ki, Qarabağ konfliktinin diplomatik və hərbi həlli mürəkkəbləşib. Amma, Birləşmiş Ştatlar və Qərbin Rusiyaya artan sanksiyaları və təzyiqləri, Ermənistanda qeyri-müəyyən siyasi vəziyyətin davam etməsi ölkəmizin lehinədir. Azərbaycan danışıqlarda yeni dönüş yaratmaq üçün hərbi təzyiqlərə başlamalıdır".

Millət vəkili Sahib Alıyev isə bildirib ki, atəşkəsin 26-cı ildönümü yaşandığı bir ərəfədə Ermənistanda yenə də Azərbaycana qarşı bir aqressiya özünü büruzə verir. Millət vəkilinin sözlərinə görə, belə bir mövqe işğalçı ölkədə hər zaman nümayiş etdirilib: "Ermənistanda baş verən "hakimiyyət dəyişikliyi" ilə bağlı müxtəlif şərhlərlə rastlaşırıq. Bəlkə də qaytardılar xülyasıyla yaşayan bir qrup meydan sevdalısı "küçələrə axışıb haqqını tələb edən" haylara difirambalar oxuyur, elələri də var ki, artıq Dağlıq Qarabağda savaşa başlamağın vaxtının gəlib çatdığını deyirlər. Məncə, birincisi, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməyib, çünki orada sözün əsl anlamında hakimiyyət yoxdur.  Daha dəqiqi Ermənistanı oradakı hakimiyyət idarə etmir, orada hakimiyyətdəkiləri yönəldənlər idarə edir. 
İkincisi, Nikolun Serjikin yerində əyləşməsi hələlik işğalçı rejimin yox, fərdlərin dəyişməsi kimi qiymətləndirilə bilər. Üçüncüsü və ən əsası isə bizim torpaqlarımızın azad edilməsi üçün savaşa başlayıb-başlamamağımız Ermənistanın başında kimin durmasından, oradakı durumdan çox, ora forpost kimi yanaşanların, eləcə də hayların digər havadarlarının Dağlıq Qarabağ probleminin həlli məsələsində tutduqları mövqedən asılıdır.  Mövqe isə dəyişməyib.
Bu mövqedəyişə  bilərmi, Azərbaycan bu mövqenin dəyişməsi üçün hansı addımları atır, Ermənistandakı son proseslərin pərdərxasında nə durur,  Paşinyanla Dağlıq Qarabağ problemi ətrafında danışıqlar aparmaq ehtimalı nə qədərdir?. Hesab edirəm ki, bütün bu suallar aydınlıq gətirilməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31