Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı araşdırma başlanıb
15:22 SosialBakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib.
Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib.
Uşağın valideynlərinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31