Müxaliflər üçün ən təhlükəsiz məkan – “Facebook”
Rauf Arifoğlu: “Müxaliflər sosial şəbəkələrdə daha rahatdırlar”
12 Dekabr 2012 15:08 Siyasət"Facebook" artıq demək olar ki, insanların əsas məlumat obyektinə çevrilib. İnformasiya toplamaq istəyənlər həmin sosial şəbəkəyə daha çox üz tuturlar, nəinki xəbər saytlarına. "Facebook" əsasən də müxalifət üşün təbliğat maşını rolunu oynayır. "Nəyə görə müxaliflər sosial şəbəkələrə bu qədər maraqlıdırlar" sualını "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu cavablandırdı: "Sosial şəbəkələr təkcə Azərbaycan müxalifətinin üz tutduğu məkan deyil. Həmin saytlar bütün dünyadakı sərbəst fikirli adamların, müxalif yönlü insanların üz tutduğu bir obyektdir. Azərbaycanda müxalifət o şəbəkənin imkanlarından istifadə edir. Paralel olaraq da müxalifət küçə yürüşləri və mitinqləri flaşmobdan həyata keçirir. Burada xüsusilə İctimai Palatanı fərqləndirmək istərdim. Yalnız küçə rıçaqlarını buraxaraq sosial şəbəkələrdə fəaliyyət göstərmək faktından söhbət getmir. Bununla bərabər digər proseslər də davam etdirilir. Sosial şəbəkədə həmçinin polis qüvvəsinin, suvuran maşınların, digər güclərin istifadə olunması mümkün deyil. İnsanlar orada özlərini rahat hiss edirlər" (OLAYLAR İA)