“Xarizmatik Qəmbər, anarxist Əli” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Bu gün İsa Qəmbər Elçibəyə etdiklərinin cəzasını çəkir”

Siyasi analitiklərin fikrinə görə AXCP-in İctimai Palatanın icazəsi olmadan "Səkkizliy"in toplantısına qoşulması Müsavata təsir vasitəsidir. Yəni, AXCP Müsavatsız yeni birliyə qoşulub. "Toplantıya Müsavatın dəvət olunmaması müxalifətin ən böyük səhvidir. Müxalifətdə və o toplantıda iştirak edən partiyalar da daxil olmaqla onların içərisində bölgələrdə ən çox gücə malik olan partiya Müsavatdır. AXCP-nin heç bir gücü yoxdur" deyən poltoloq Cümşüd Nuriyevin sözlərinə görə Xalq Cəbhəsi darmadağın olmuş bir partiyadır: " Bu da Əli Kərimli partiya sədri keçəndən sonra olub. Yəni, ən azından bu partiyanın 4 müavini hal-hazırda Milli Məclisdədir. Buna görə də Kərimli özü qərar qəbul eləməlidir ki, bu pariya nədir?! Müsavatı bu toplantıdan kənarda saxlamaq hər hansı bir tapşırığı yerinə yetirməkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan müxalifətinin yenidən dirilməsi və gündəmə gəlməsi üçün ən gözəl variant İsa Qəmbərin vahid namizədliyinin irəli sürülməsi olar. Bizim müxalifətin əksəriyyəti "kitayski"dir. Müxalifət daxilində siyasi bizneslə məşğul olanlar daha çoxdur. "Asiman"da toplananların arasında biznes adamları var. Amma, reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin xeyrinə görə müxalifətin yenidən qalxması üçün xarizması, siyasi mədəniyyəti olan siyasətçi lazımdır. Bu İsa Qəmbərdir. Azərbaycan müxalifəti belə bir səhvi 1998-ci ildə buraxdı. Həmin dövrdə onlar yalnışlıqla Elçibəyin namizədliyini irəli vermədilər. Bu gün İsa Qəmbər Elçibəyə etdiklərinin cəzasını çəkir. Müxalifət ikinci dəfə aldanırsa bu deməkdir ki, onlar özləri-özlərini lənətləyirlər. Müxalifətdə parçalanmayan yeganə partiya Müsavatdır. Müsavat-"Ümid" tandemi Azərbaycan müxalifətinin üzünü ağ edə bilər" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00