Putin Federal şuraya müraciət etdi
Bu, Rusiya prezidentinin sayca 9-cu müraciəti olub
12 Dekabr 2012 14:31 SiyasətBu gün Rusiya Federasiyasının Konstitusiya günü münasibətilə ölkə prezidenti Vladimir Putin Federal şuraya müraciət edib. Kremlin Qeorqiyeski zalında 1000-ə yaxın dəvətli qarşısında çıxış edən Vladimir Putin müraciətində yaxın illərdə Rusiyanın inkişafını necə görməsindən danışıb. Müraciətdə mənəvi dəyərlərə və milli birlik məsələlərinə xüsusi diqqət ayrılıb. Putin dövlətin vətəndaşlara daha açıq olmalı olduğunu deyib.
Federal şuraya müraciətdə Rusiyanın iqtisadi və siyasi inkişafı sahəsində bir sıra yeni təşəbbüslər irəli sürülüb. Qeyd edək ki, bu, Vladimir Putinin 9-cu federal müraciətidir. Putinin Federal şuraya 2007-ci il aprelin 26-da etdiyi bundan əvvəlki müraciəti isə Rusiyanın 21-ci əsrdə kompleks modernizasiyasına həsr edilmişdi.
Adətən, Rusiya prezidentinin müraciəti qapalı rejimdə hazırlanır, lakin 2010-cu ildə dövlət başçısı postunu tutan Dmitri Medvedev təcrübə olaraq, müraciəti əvvəlcədən dərc etdirmiş və ictimaiyyətin müzakirəsinə təqdim etmişdi.