Rəsmi İrəvan: “Qəbələ RLS-in Ermənistana köçürülməsi istisna deyil” - AÇIQLAMA

"Qəbələ RLS-in Ermənistana köçürülməsi istisna olunmur". Modern.az bildirir ki, bu barədə "Azatukun" radiosuna müsahibəsində Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arcun Ovanisyan bildirib."Bu istisna olunmur. Çünki hazırda erməni-rus əməkdaşlığı ən yüksək səviyyədədir"-deyə o vurğulayıb.
Xatırladaq ki, bu ilin martında Rusiya ordusunun generalı Leonid İvaşov "Svobodnaya pressa" internet qəzetinə müsahibəsində bildirib ki, Rusiya Qəbələ RLS üçün alternativ yer axtarmalıdır. General bunun üçün münasib yerin Ermənistan olduğunu demişdi.
Aprel ayında isə baş nazir Tiqran Sərkisyan "Kommersant" qəzetinə müsahibəsində bəyan edib ki, İrəevan RLS-in tikilməsi üçün müzakirələrə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00