Ərdoğan: “Bölgəmizdə tarixi dəyişikliklər yaşanır”
12 Dekabr 2012 13:22 SiyasətAnkarada Fələstinin BMT-yə müşahidəçi statuslu üzv qəbul edilməsi qeyd olunub. Fələstin səfirliyinin verdiyi ziyafətdə baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Fələstinin sabitliyə və sülhə qovuşmasının Türkiyə üçün böyük əhəmiyyət daşıdığını söyləyən baş nazir Türkiyənin fələstinlilərin, Fələstinin də türklərin ikinci evi olduğunu bildirib.
"Azadinform" TRT-yə istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, destruktiv siyasətlə sülh zəminini yox edən İsrail bölgənin əvvəlki kimi olmadığını və artıq oyunun bu şəkildə davam edə bilməyəcəyini anlamalıdır: "Artıq şərtlər əvvəlki şərtlər deyil. Şərtlər çox dəyişib. Bölgəmizdə tarixi dəyişikliklər yaşanır. İsrail iqtidarı sülh istəyirsə, bu dəyişikliyi doğru dəyərləndirməlidir". Baş nazir İsrailin nüvə silahıyla bağlı BMT-də qəbul edilən qərarın da bu ölkəyə xəbərdarlıq xarakteri daşıdığını vurğulayıb: "Bu nə deməkdir, bilirsinizmi? "Ey İsrail, özünə gəl" deməkdir. İsrail "mən bunu qəbul etmirəm" deyir.