“ABŞ öz maraqları naminə ən axırıncı yola əl atır” - FİKİR

Elşən Manafov: “ABŞ Dövlət Departamentinin Suriya Azadlıq Ordusu ilə bağlı yayımladığı bəyanat daha çox deklorativ xarakterlidir”

ABŞ hökuməti Suriya Azadlıq Ordusunun əsas zərbə qüvvəsi sayılan "Cabat an-Nusra" qruplaşmasını terrorçu təşkilatlar siyahısına salması Amerikanın maraqlarına xidmət edir. Çünki, ABŞ bununla öz siyasi məqsədlərini gizlədir. Qeyd edək ki, "Cabat an-Nusra" qruplaşması Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalif koalisiyada ən aqressiv və ən ciddi uğurlar qazanan silahlı birləşmədi. "ABŞ Suriyadakı qarşıdurmaların lap əvvəllindən bəyan eləmişdi ki, daxildəki vətəndaş müharibəsi Suriya qanunvericiliyi kontekstində öz həllini tapmalıdır. Həmçinin ABŞ Bəşər Əsəd hakimiyyətinin qeyri-legitim olduğunu bildirir və Əsədin öz postundan getməsini istəyir. Digər Avropa ölkələri kimi Amerika da Suriya Azadlıq Ordusuna və müxaliflərə açıq şəkildə dəstək verdiyini istisna etmirdi" deyən politoloq Elşən Manafovun sözlərinə görə Fransa Əsədə qarşı vuruşan SAO-ya maliyyə yardımı etmək fikrində olduğunu bəyan etmişdi: "Bu istiqamtdə konkret addımlar da atdı. Nəzərə alsaq ki, NATO-da əsas söz sahibi, Alyansın qəbul etdiyi qərarların gedişatına təsir edən dövlət ABŞ-dır. NATO son vaxtlara qədər bəyan edirdi ki, təşkilat Suriya münaqişəsinə müdaxilə etmədiyini və Liviyadakı Qəddafi rejimi kimi Əsədin də devrilməsini istəmədiyini deyirdi. Suriyadakı geopolotik vəziyyət bir qədər fərqlidir. Məsələ ondadır ki, Bəşər Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə növbəti hədəfin İran İslam Cumhuriyyətindəki siyasi elitanın olacağı birmənalıdır. Sadəcə olaraq ABŞ artıq Suriyada böhranın sonuncu həddə çatması ilə bağlı amilləri nəzərə alır. ABŞ özünü elə göstərir ki, guya o indiyədək Suriyada baş verən hadisələrə müdaxilə etməyib, bundan sonra da hadisələrin hansı kontekstdə cərəyan edəcəyi ABŞ-ı o qədər də narahat etmir. ABŞ Dövlət Departamentinin Suriya Azadlıq Ordusu ilə bağlı yayımladığı bəyanat daha çox deklorativ xarakterlidir və ABŞ-ın bölgədəki maraqlarının ört-basdır edilməsinə istiqamətlənib" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00