Ümummilli Liderin xatirəsi Los Ancelesdə anıldı
12 Dekabr 2012 12:15 SiyasətÜmumilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-ın tanınmış "Meals on Wheels" xeyriyyə təşkilatına ianə bağışlamışdır. Bu münasibətlə, baş konsul Nəsimi Ağayev təşkilatın Los Anceles ofisini ziyarət edərək, təşkilatın rəhbərliyi ilə görüşmüş və ianəni təqdim etmişdir. Görüş zamanı diplomat Ulu Öndərin Azərbaycan qarşısındakı böyük xidmətlərindən bəhs edərək, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir.
"Meals on Wheels" minlərlə imkansız xəstə, kimsəsiz və əlil insanların gündəlik yemək təminatı ilə məşğul olan xeyriyyə təşkilatıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00