Dəmirəlin zəhərlənməsi planı
12 Dekabr 2012 12:14 SiyasətTürkiyənin səkkizinci prezidenti Turqut Özalın zəhərlənərək öldürüldüyü faktının üzə çıxmasından bir çoxlarının ciddi narahatçılıq keçirdiyini deyən türkiyəli ekspert Şamli Təyyar maraqlı təkliflə çıxış edib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Bəyaz TV" kanalında efirə gedən "Birə Bir" verilişinin qonağı olan ekspert deyib ki, Turqut Özalın zəhərlənib-zəhərlənmədiyini dəqiqləşdirmək çox asandır: "Həmin zəhəri Süleyman Dəmirələ verək. Bu zaman Özalın zəhərlənib-zəhərlənmədiyi aydınlaşar". Şamli Təyyar deyib ki, Ergenekon və Balyoz davalarını dəstəkləyənlər Özalın öldürülmədiyini iddia edir və bu məsələnin qapadılmasını istəyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00