İsraildən Türkiyəyə barış mesajı
12 Dekabr 2012 12:13 Siyasətİsrail növbəti dəfə Türkiyəyə barış mesajını verib "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yəhudilərin dini bayramı Hanuka günü ilə bağlı KİV nümayəndələrinin suallarını cavablandıran baş nazir Benyamin Netanyaho deyib ki, Təl-Əviv Ankara ilə münasibətlərin normallaşmasına tərəfdardır: "İsraillə Türkiyə arasında münasibətlərin yaxşı olması hər iki tərəfin də xeyrinədir. Hər iki ölkə eyni təhdidlərlə qarşı-qarşıyadır. Xüsusilə, İranın 2013-cü ildə reallaşdırmağı nəzərdə tutduğu nüvə proqramının qarşısını mütləq almalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00