Rusiyanın Qəbələ RLS-ə bağlı Ermənistan planı
12 Dekabr 2012 12:03 Siyasət"İstisna deyil ki, Azərbaycanda yerləşən Qəbələ RLS-dən imtina etdikdən sonra Rusiya oxşar stansiyanı Ermənistanda inşa etdirsin". "Qafqazinfo"nun məlumatına görə, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan açıqlamasında deyib: "Əlbəttə, mən bunu istisna etmirəm, belə ki, erməni-Rusiya əməkdaşlığı məlum olduğu kimi ən yüksək səviyyədədir". Onu da qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu məsələ ətrafında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Rusiya Qəbələ radiolakasiya stansiyasının fəaliyyətini dayandıracağı təqdirdə həmin stansiyanı kompensasiya etmək üçün potensiala malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00