Koreya dünyaya meydan oxudu
12 Dekabr 2012 11:55 SiyasətŞimali Koreya bütün dünyaya meydan oxuyan və ciddi narahatçılıq doğuran addım atıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi Pxenyan uzun mənzilli raket sınaqdan çıxarıb. Ölkənin rəsmi xəbər agentliyi KCNA raketin uğurla sınaqdan keçdiyini bildirib. Raketin bir hissəsi Filippin sahillərində yerə düşüb. Şimali Koreyanın bu addımından ciddi narahatçılıq keçirən Yaponiya isə təcili olaraq BMT Təhlükəsizlik Şurasının toplanmasını təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00