Amerikadan Əsədə zərbə
12 Dekabr 2012 11:54 SiyasətBirləşmiş Ştatlar prezidenti Barak Obama ölkəsinin Suriya müxalifətini Suriya xalqının təmsilçisi' olaraq rəsmən tanıdığını bəyan edib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ağ Ev rəhbəri ABC televiziyasına verdiyi açıqlamada belə bəyanatla çıxış edib. Bu qərarı 'böyük bir addım' kimi dəyərləndirən Obama Suriya müxalifətinin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Prezident bildirib ki, Suriya müxalifəti bütün tərəflərin iştirakı ilə təşkilatlanmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00