Erməni Milli Konqresi yürüş keçirib
11 Dekabr 2012 17:51 SiyasətYerevanda müxalif Erməni Milli Konqresi yürüş təşkil edib. Yürüş iştirakçıları Ermənistan paytaxtının mərkəzindən keçərək Azadlıq meydanında mitinq keçiriblər.
"Azadinform" BBC-yə istinadən xəbər verir ki, tədbirdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan iştirak etməyib. Erməni Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyan mitinq iştirakçıları adından bəyanatla çıxış edib. Bəyanatın mətni Yerevanda Avropa Şurası Parlament Assambleyası ofisinə təqdim olunub. Bəyanatda EMK gənclər təşkilatı fəalı Tiqran Arakelyanın həbsdən azad edilməsi tələbi olub. Tiqran Arakelyan avqustun 9-da polis əməkdaşları ilə EMK fəalları arasında insidentdən sonra tutulub və "öz vəzifəsini yerinə yetirdiyi zaman polis əməkdaşına qarşı zorakılıq" ittihamı ilə 6 il müddətinə həbsə məhkum edilib. Daha 3 gənc EMK üzvünə qarşı 2-dən 3 ilədək həbs cəza tədbiri tətbiq edilib.