"Millətimizin 90 faizi axmaqdır" dedi, sonra isə...

Hindistan Mətbuat Şurasının sədri Markandeya Katju ölkədə çox böyük qalmaqala səbəb olub. Milli.Az Asia Times-a istinadən bildirir ki, paytaxt Dehlidə keçirilən seminarlardan birində Katju deyib: "Hindistanda millətin 90 faizi dini təriqətlər tərəfindən sui-istifadə olunan axmaqlardır. Açıq deyirəm: millətimizin 90 faizi axmaqlardır. Sizin başlarınızın içində beyin yoxdu. Sizi idarə etmək, yönləndirmək o qədər asandır ki..." Ölkə mediası Katjunu üzr istəməyə çağırıb və əks təqdirdə, insanların küçələrə çıxacağını, iğtişaşların başlayacağını bildirib. Ölkədəki bir çox siyasətçi isə Katjunu məhkəməyə verəcəklərini deyib. Katju həmin seminarda daha sonra demişdi: "Hindistanda dini zəmində iğtişaş və qarşıdurma yaratmaq çox asandır. Hər hansı bir dinin məbədinə girib hörmətsizlik etməklə asanlıqla iğtişaşlara səbəb olmaq mümkündür. Bütün bunlar ingilis müstəmləkəçilərinin hindlilər və müsəlmanlara qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasətinin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00