Siyavuş Novruzov müxalifəti sərt tənqid etdi

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Siyavuş Novruzov  müxalifətin dünən Fəvvarələr Meydanında keçirilən etiraz aksiyasına münasibət bildirib. YAP-çı deputat İctimai Palatanın keçirdiyi aksiyanı "uşaq şıltaqlığı" adlandırıb. Deputat müxalifət nümayəndələrini sərt tənqid edərək onların ermənilərdən fərqlənmədiyini bildirib: "Hətta "Eurovision" vaxtı bir qrup jurnalisti aparıb Bakının Əhmədli, Günəşli qəsəbələrini göstərmək ermənilikdən fərqlənməyən bir məsələdir.  20 ildir bu insanlar hərəkətlərini eyniliklə təkrarlayırlar. Hətta Azərbaycan BMT-yə daxil olan zaman bunlar Bakıda mitinq keçirdilər. Hansı ki, Azərbaycanın BMT-yə daxil olması müstəqil dövlət kimi tanınmamız demək idi. Bu hər hansı hakimiyyətlə bağlı məsələ deyil. Belə adamlara Azərbaycanda yer yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00