Millət vəkili Dağlıq Qarabağla bağlı dinləmələrin keçirilməsini tələb etdi

"Azərbaycanın  Milli Məclisində Dağlıq Qarabağla bağlı dinləmələr keçirilməli, bu məsələnin koordinasiyası üçün xüsusi komissiya yaradılmalıdır". Bunu deyən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, Ermənistan parlamentində mütəmadi olaraq Dağlıq Qarabağla bağlı dinləmələr təşkil edilir: "Bu məsələdə iqtidar-müxalifət ayrıseçkiliyi yoxdur. Yaradılan komissiya vahid mövqe müəyyən etməlidir ki, millət vəkilləri xarici səfərlərində həmin mövqedən çıxış edə bilsinlər. Bundan ötrü Xarici İşlər Nazirliyi məlumat verməlidir ki, Qarabağla bağlı vahid çərçivə nədən ibarətdir". Spiker Oktay Əsədov isə bildirib ki, komissiya yaratmaqla iş bitmir: "Biz beynəlxalq təşkilatlarda mübarizə aparmalıyıq.  Əsas gücümüzü erməni diasporuna qarşı yönəltməliyik".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00