42 PKK-çı məhv edildi

"OLAYLAR"ın Türkiyə bürosunun məlumatına görə Türkiyə Silahlı Qüvvələrinə məxsus olan hərbi birliklər Hakkarinin Şəmdinli bölgəsində PKK terror təşkilatına qarşı uğurlu əməliyyat keçiriblər. Terrorçuların əməliyyat keçirəcəkləri barədə məlumat alan hərbi birliklər onları dərhal yerlərindəcə zərərsizləşdiriblər. Əməliyyatlar nəticəsində 42 terrorçu məhv edilib, çoxlu sayda terrorçu yaralanıb və silah-sursat ələ keçirilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00