Ziyafət Əsgərov ABŞ Dövlət Katibinin nümayəndəsinə Qarabağ barədə məlumat verdi

Dekabrın 11-də  Milli Məclis sədrinin birinci  müavini, təhlükəsizlik və müdafiə  komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibinin demokratiya,  insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın başçılıq etdiyi nümayəndə heyəti ilə  görüşüb. Ölkələrimiz arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini söyləyən birinci vitse-spiker  qeyd  etdi ki, münasibətlərimiz artıq  ən yaxın müttəfiqlik səviyyəsindədir. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır. O, əlaqələrimizn  inkişafında parlamentlərarası dostluq qruplarının  fəaliyyətini də  yüksək qiymətləndirib. Azərbaycanın  bir çox qlobal  layihələrin  təşəbbüskarı və iştirakçısı olduğunu bildirən Ziyafət  Əsgərov  qeyd  edib ki, ölkəmiz Avropanın karbohidrogen ehtiyatları ilə təmin olunmasında  əhəmiyyətli yer  tutur. Qonaqlara  Dağlıq Qarabağ  münaqişəsi barədə məlumat verən  parlament  sədrinin birinci müavini vurğuladı ki, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən ABŞ-ın yanında olub. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00