Livanda dini zəmində qırğın

Livanın Tripoli şəhərində 10 gündür davam edən toqquşmalarda 17 nəfər dinc sakin həlak olub, 150-dək insan xəsarət alıb. "Azadinform" "Lenta.ru"ya istinadən xəbər verir ki, dini zəmində baş verən münaqişəni Livan ordusunun xüsusi təyinatlı hissələrinin müdaxiləsi ilə dəf etmək mümkün olub. İğtişaşlara səbəb qonşu Suriyada baş verən hadisələr olub. Barrikadaların bir tərəfində rəsmi Dəməşqi dəstəkləyənlər, qarşı düşərgədə isə əsasən Suriya islamçılarını dəstəkləyən sünnilər cəmləşib. 
Hökumətin qarşıdurmanı dayandırmaq çağırışı ilkin mərhələdə nəticə verməyib. Münaqişəni yalnız Livan Müdafiə Şurasının orduya güc tətbiq etməyə icazə verdikdən sonra dayandırmaq mümkün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00