XİN-də konfrans olacaq

11-12 dekabr 2012-ci il tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər Naziri Nikolay Mladenov,  İsveç Krallığının Xarici İşlər Naziri Karl Bild və Polşa Respublikasının Prezident Administrasiyasının rəhbəri Yatsek Mixalovski Azərbaycan Respublikasına işgüzar səfər edəcəklər.
Səfər zamanı Bolqarıstan Respublikasının Xarici İşlər Naziri Nikolay Mladenovun,  İsveç Krallığının Xarici İşlər Naziri Karl Bildin və Polşa Respublikasının Prezident Administrasiyasının rəhbəri Yatsek Mixalovskinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov və Qeyri Hökumət Təşkilatları ilə görüşləri nəzərdə tutulur. 
Mətbuat  konfransında  iştirak etmək istəyən mətbuat nümayəndələrinin cari ilin 12 dekabr tarixində saat 12:00 - da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində olmaları xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00