Müxalifət ABŞ səfirliyində görüş keçirdi

Azərbaycanın bir sıra müxalifət partiyalarının sədrləri ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia və ABŞ Dövlət Departamentinin təmsilçisi Uendi Silvermanla görüşüb. Bu barədə "OLAYLAR"-a məlumat verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, ABŞ-ın Bakıdakı səfirliyində baş tutan görüşdə Amerika-Azərbaycan münasibətləri, ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və demokratiya ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə  AXCP, ALP, ACP, VİP, Müsavat və Ümid Partiyasının sədrləri iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00