Ərdoğan: “Qardaş xalqların hüquqlarını ən güclü şəkildə müdafiə edirik və bundan sonra da edəcəyik”

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan büdcə ilə bağlı parlamentdə etdiyi çıxışında ölkənin xarici siyasət məsələlərinə toxunub. "Azadinform" "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, baş nazir bildirib ki, xarici siyasətdə, beynəlxalq məsələlərdə hər zaman qlobal məsələləri önə çıxarıblar: "Ədalətə, qardaşlığa, dostluğa, dözümlülüyə üstünlük veririk. 
Problem çıxaran deyil, problemlərin üzərinə gedən, odu söndürmək, axan qanların qarşısını almaq üçün mübarizə aparan bir ölkəyik." O əlavə edib ki, hər bir ölkə ilə yaxşı münasibətlər qurmaq, problem varsa aradan qaldırmağa çalışıblar: "Azərbaycan, ŞKTC-nin, Türk cümhuriyyətlərinin, dünyadakı dost və qardaş xalqların hüquqlarını ən güclü şəkildə müdafiə edirik və bundan sonra da edəcəyik". O bildirib ki, tək bu il 11 ölkəylə viza rejimi aradan qaldırılıb. Türkiyə vətəndaşlarının vizasız gedib-gələ bildikləri ölkələrin sayı 64-ə çatıb. 2002-ci ildə Türkiyənin 93 səfirliyi var idisə, 10 ildə 27 yeni səfirlik açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00